“Nitsa”nın futbolçusu Uesli Sneyder karyerasını ABŞ-da davam etdirəcək
Hollandiya millisinin üzvü “Los Anceles Qalaksi” klubu ilə anlaşıb.
33 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə müqavilə imzalanacağı bildirilir.
Qeyd edək ki, mövsümün əvvəlində “Qalatasaray”dan “Nitsa”ya keçən Sneyder 8 oyuna meydana çıxıb.
