"Qalatasaray"ın futbolçusu Uesli Sneyder sabah "Şalke" ilə oynayacaqları Çempionlar Liqası matçından öncə mətbuata açıqlama verib.
Korner.az-ın məlumatına görə, hollandiyalı ulduz futbolçu sabahkı oyunla bağlı bunları dilə gətirib:
"Çempionlar Liqası Avropanın ən böyük turniridir. Biz komanda olaraq oyuna hazırıq. Həqiqətən, çox gözəl bir oyun olacaq. Bu oyunda biz yaxşı nəticə əldə etməliyik. Məncə evdə və ya səfərdə oynamaq o qədər önəmli deyil. Əsas olan rəqibin deyil, bizim vəziyyətimizdir. Biz komanda olaraq oyuna hazırlaşmışıq və meydana qələbə qazanmaq üçün çıxacağıq".