Şmeyxelin yeni klubu
15.07.2024 , 09:34

Danimarka millisinin qapıçısı Kasper Şmeyxelin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, qolkiper karyerasını Şotlandiyada davam etdirəcək.
Oyunçunun “Seltik”lə razılığa gəldiyi bildirilir.
Qolkiper yeni klubu ilə 2025-ci ilə qədər olan müqavilə imzalayacaq.
Xatırladaq ki, Şmeyxelin son klubu “Anderlext” olub.
