Basketbol üzrə Sloveniya yığma komandası tarixində ilk dəfə Avropa çempionu olub. Final mərhələdə Serbiya ilə qarşılaşan sloveniyalılar rəqibini 93:85 hesabı ilə məyus edib.
Matçın ən məhsuldar oyunçusu Qoran Draqiç seçilib – 35 xal, 7 riabund, 3 assist. Serbiyalıların heyətində isə ən məhsuldar oyunçusu yeni mövsümdən etibarən NBA-da “Sakramento” komandasında oynayacaq Boqdan Boqdanoviç olub – 22 xal.
Turnirdə üçüncülük medalını Rusiyanı məğlub edən İspaniya yığması qazanıb
