Sloveniya – Serbiya matçının ən yaxşısı
20.06.2024 , 19:34

Avro-2024 qrup mərhələsinin 2-ci turunda bu gün keçirilən Sloveniya – Serbiya matçının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, Sloveniya millisinin futbolçusu Yan Karniçnikdir.
29 yaşlı müdafiəçi Serbiya ilə matçda komandasının yeganə qolunu vurub.
Xatırladaq ki, Sloveniya – Serbiya matçı 1:1 hesabı ilə başa çatıb.
