Sloveniya – Azərbaycan matçının hakim təyinatları
09.11.2020 , 15:56

Azərbaycan millisinin Sloveniya ilə yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, oyunu Macarıstan Futbol Federasiyasından Ferents Karako idarə edəcək. Ona yan xətlərdə Peter Kubor və İştvan Albert köməklik göstərəcəklər. 4-cü hakim funksiyasını isə Devid Smayts (Sloveniya) yerinə yetirəcək.
Noyabrın 11-də keçiriləcək Sloveniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
