“Mançester Yunated”lə bir qrupa düşmək istəyirdik. Bu rəqiblə oyunlarda özümüzü daha çox göstərə və yaxşı təcrübə qazana bilərdik. Təəsüf ki, püşkün nəticəsi başqa cür oldu”.
Korner.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Slovan” (Çexiya) klubunun futbolçusu Eqon Vux püşkü dəyərləndirərkən deyib.
Çexiyalı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında “Qarabağ”ın onlar üçün arzuolunmaz rəqib olduğunu bildirib: “Qarabağ”ın “Viktoriya” ilə qarşılaşmalarına baxmışam. Yaxşı oyunçuları var. Onların oyunlarını izləmək zövq verirdi. Maraqlıdır, bizə qarşı necə oynayacaqlar?
“Qarabağ” qrupda ilk oyununu “Slovan”a qarşı keçirəcək. Görüş sentyabrın 15-də Bakıda keçiriləcək.
