Slovakiya – Azərbaycan: təyinatlar açıqlandı
05.10.2020 , 17:13

Azərbaycan U-21 millisinin səfərdə Slovakiyaya qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyununun təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, görüş Norveçdən olan hakimlər briqadasına həvalə edilib.
Qarşılaşmanın baş hakimi Kristofer Hagenes olacaq. Ona yan xətt hakimləri Anders Olav Dale və İsak Elias Başevkin kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rohit Saggi yerinə yetirəcək.
Oktyabrın 8-də Nitra stadionunda keçiriləcək Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
