Slovakiya – Azərbaycan oyununun başlanma saatı açıqlandı
10.09.2020 , 10:30

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Slovakiya – Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, Nitra şəhərindəki eyniadlı stadionda keçiriləcək qarşılaşma yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 18:30) başlayacaq.
Qeyd edək ki, millimiz 2-ci qrupda 6 xalla 4-cü pillədə qərarlaşıb. Slovakiya eyni xalla 5-cidir.
