Slovakiya – Azərbaycan matçının yeri məlum oldu
30.07.2024 , 11:55

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir oyunun yeri müəyyənləşib.
Korner.az xəbər verir ki, A milli sentyabrın 8-də 2-ci tur çərçivəsində Slovakiya yığması ilə səfər görüşünü Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
