Slovakiya – Azərbaycan matçının hakimləri
05.09.2024 , 14:30
Azərbaycan milli komandasının sentyabrın 8-də Slovakiya yığması ilə Koşitsedə keçirəcəyi UEFA Milətlər Liqasının 2-ci tur oyununun hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, Koşitse Futbol Arenasında təşkil olunacaq görüşün baş hakimi Damian Silvestrjak olacaq.
Ona Pavel Sokolniçki və Adam Karaseviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək.
Sentyabr 8-i keçiriləcək Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.