Şlotterbek “Bavariya”nın hədəfində
17.10.2025 , 22:30
Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbek “Bavariya”nın maraq dairəsinə düşüb.
Korner.az xəbər verir ki, Münhen klubu 25 yaşlı futbolçu ilə bağlı məlumat toplayır və onun transferi üçün hərəkətə keçməyə hazırlaşır.
“Borussiya” isə futbolçusunu saxlamaq niyyətindədir. Klub rəhbərliyi Şlotterbeklə yeni müqavilə imzalamağa ümidlidir. Əgər bu baş tutarsa, o, komandanın ən yüksək maaş alan oyunçularından biri olacaq.
Qeyd edək ki, Şlotterbekin Dortmund klubu ilə mövcud müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir.