Slot Endo ilə bağlı pis xəbəri açıqladı
12.02.2026 , 19:00
“Liverpul”un baş məşqçisi Arne Slot “Sanderlend”lə keçirilən və 1:0 hesabı ilə başa çatan oyunda zədələnən Vataru Endonun vəziyyəti ilə bağlı açıqlama verib.
Korner.az xəbər verir ki, niderlandlı mütəxəssis 33 yaşlı futbolçunun topuq nahiyəsindən ciddi zərbə aldığını bildirib. Slotun sözlərinə görə, Endonun durumu hələlik tam aydın deyil və əlavə tibbi müayinələrə ehtiyac var:
“Zədənin ciddi olduğunu deyə bilərəm, amma dəqiq müddət hələ məlum deyil. Müayinələrdən sonra vəziyyətinə aydınlıq gələcək. Açığı, hazırkı görüntü ümidverici deyil və onun uzun müddət meydanlardan uzaq qalacağını düşünürəm”.
Qeyd edək ki, yaponiyalı futbolçu bu mövsüm “Liverpul” forması ilə 13 rəsmi matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.