Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”ın səfərdə Maltanın “Slima” klubu ilə keçirəcəyi matçın başlama saatı açıqlanıb.
Korner.az-ın məlumatına görə, “Ta Qali” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 18:45-də veriləcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” iyun ayının 29-da gecə saatlarında Almaniyanın Bad Gogginq qəsəbəsini tərk edib, Maltaya yola düşəcək. Cavab qarşılaşması isə iyulun 11-də Lənkəranda keçiriləcək.
