“Xəzər Lənkəran”ın Avroliqanın I təsnifat mərhələsi çərçivəsində Maltada “Slima” ilə keçirdiyi oyunu təkcə Mübariz Mənsimov izləməyib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qarşılaşmanı izləyənlər arasında qardaş ölkənin sabiq ədalət və daxili işlər naziri Mehmnet Ağar da olub. Sabiq nazir M.Mənsimovun dəvəti ilə Maltaya gəlib və tribunadan heç-heçə (1:1) başa çatan oyunu izləyib.
