Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Slima” – “Xəzər Lənkəran” matçını canlı yayımlayacaq kanal məlum olub.
Korner.az-ın klubdan əldə etdiyi məlumata görə, “Ta Qalin” stadionunda keçiriləcək və Bakı vaxtı ilə 20:45-də başalayacaq qarşılaşma ANS telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Artıq tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədi. Bundan əlavə “ağ-yaşıllar” özü matçın məhz ANS-də canlı efirə getməsinin lehinədi.
