Slaven Biliç istefaya göndərildi
25.02.2019 , 17:33

Səudiyyə Ərəbistanın “Əl-İttihad” klubunun rəhbərliyi Slaven Biliç ilə yolları ayırmağa qərar verib.
Xorvatiyalı mütəxəssisin istefaya göndərilməsinə səbəb klubun uğursuz nəticələr əldə etməsi olub. Artıq klub rəhbərliyi Slaven Biliçə əvəzləyici tapıb. Bu, çilili Xose Luis Syerradır.
Qeyd edək ki, 51 yaşlı baş məşqçinin yenidən “Beşiktaş” klubuna geri dönəcəyi bildirilir.
