Slavçevin yeni klubu müəyyənləşdi
22.12.2019 , 23:49

“Qarabağ”dan ayrılan Simeon Slavçevin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi Bolqarıstanın “Levski” klubuna keçib. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Slavçev “Qarabağ”a 2018-ci ildə Lissabon “Sportinq”indən keçmişdi.
