Slavçev üçün uğurlu 90 dəqiqə
07.09.2018 , 10:40

“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan yığmasında növbəti matçına çıxıb.
O, UEFA Millətlər Liqasında Sloveniya yığması ilə səfər qarşılaşmasında meydanda olub. C Liqasının 3-cü qrupunda keçirilən matçda bolqarlar qələbə qazanıb – 2:1.
Start heyətdə meydana çıxan Slavçev sonadək oynayıb. “Qarabağ”ın futbolçusu 50-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Bolqarıstan yığması növbəti matçını sentyabrın 9-da doğma meydanda Norveçə qarşı keçirəcək.
