Slavçev milliyə çağırıldı
05.11.2018 , 16:10

“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan millisinə dəvət alıb.
Baş məşqçi Petar Hubçevin açıqladığı 27 nəfərlik siyahıda 25 yaşlı futbolçunun da adı var. O, UEFA Millətlər Liqasında Kipr və Sloveniya ilə oyunlara çağırılıb.
Qeyd edək ki, Bolqarıstan millisi noyabrın 16-da Kipr, 19-da isə Sloveniya ilə qarşılaşacaq.
