Skolari sabiq komandasına döndü
16.10.2020 , 17:26

Braziliya millisinin sabiq baş məşqçisi Luis Felipe Skolarinin yeni işyeri məlum olub.
Korner.az xəbər verir ki, 72 yaşlı mütəxəssis “Kruzeyro”ya dönüb. Onunla 2 illik müqavilə imzalanıb.
B Seriyasında çıxış edən “Kruzeyro” 15 turdan sonra 12 xalla autsayderlər qrupunda qərarlaşıb.
