“Neftçi”nin Çempionlar Liqasındakı ilk rəqibi “Skenderbreu” “ağ-qaralar”la oyunadək bir neçə yoxlama oyununda gücünü sınayacaq.
Korner.az-ın məlumatına görə, Albaniya təmsilçisi də “Neftçi”nin hazırlıq keçdiyi ölkədə – Avstriyada hazırlaşır.
“Qırmızı-qaralar” bu ölkədə təşkil olunan mini-turnirdə iştirak edirlər. “Ağ-qaralar”ın rəqibi turnir çərçivəsində ilk oyununu Qroznı “Terek”inə qarşı keçirib və 0:2 hesabıyla uduzub. İkinci rəqib isə Ukraynanın "Şaxtyor" klubu olub və bu görüşdə albanlar darmadağın olublar – 0:7.
“Skenderbreu”nun turnirdəki növbəti rəqibləri bunlardı: “Volqa” (Rusiya) – 25 iyun, “Kluj” (Rumıniya) – 29 iyun, “Enerji Kottbus” (Almaniya) – 4 iyul.
Terek 2 – 0 Skënderbeu from FC TEREK on Vimeo.