“Xəzər Lənkəran” futbolçusu Manuel Skarlatakeni “İnter”ə verməyib.
Korner.az-ın məlumatına görə, “Ağ-yaşıllar”la rumıniyalı futbolçu arasında razılıq əldə olunub. Belə ki, Skarlatake ilə ən azı 6 aylıq müqavilə imzalanacaq.
Qeyd edək ki, təcrübəli müdafiəçi yanvarın 22-də Bakıda hazırlaşan “Xəzər Lənkəran”ın əvəzedici heyəti ilə məşqə də çıxıb.
