Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunlarından sonra bombardirlər siyahısı müəyyənləşib.
Siyahıya dünən keçirilən matçlarda dubla imza atan 21 oyunçu başçılıq edir. Onların arasında “İnter”in futbolçusu Adrian Skarlatake də yer alıb. Rumıniyalı müdafiəçi “Mladost”la (3:0) oyunda dubl etməklə bombardirlər sırasına adını yazdırıb.