Madrid “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldo Messini qabaqlayıb.
Korner.az-ın məlumatına görə, məşhur “Forbes” jurnalı dünyanın ən yüksək qazanclı idmançılarının siyahısını açıqlayıb. Portuqaliyalı futbolçu 33,5 milyon avro ilə Messini siyahıda qabaqlayıb.
Siyahıya məşhur qolfçu Tayger Vuds 59,5 milyonla başçılıq edir. İkinci yer tennisçi Roje Federerə (54,4 milyon avro), üçüncülük isə “Leykers”in basketbolçusu Kobi Brayanta (47,1 milyon avro) məxsusdur.