Şıxalıyevdən bürünc medal
15.08.2023 , 19:29

Azərbaycanın daha bir parataekvondoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında mükafatçılar sırasına düşüb.
Korner.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Amin Şıxalıyev turnirdə bürünc medal qazanıb.
Bundan əvvəl Şəhanə Hacıyeva (cüdo, 48 kq) və Xanım Hüseynova (cüdo, 70 kq) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafat əldə ediblər.
