Türkiyə Superliqasında mübarizə aparan “Sivasspor” Ukrayna millisinin və Kiyev “Dinamo”sunun futbolçusu Sergey Rıbalkanı transfer edib.
27 yaşlı yarımmüdafiəçi ilə 1 illik icarə müqaviləsi imzalanıb.
Rıbalka ötən mövsüm Ukrayna klubunun heyətində 34 oyunda 1 qol vurub.
