“Sivasspor”da daha 2 nəfər koronavirusa yoluxdu
06.12.2020 , 15:35

“Sivasspor”da daha iki nəfər koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Onlardan birinin futbolçu, digərinin isə klub işçisi olduğu diqqətə çatdırılıb. Həmin şəxslərin adları açıqlanmayıb. Onların dərhal karantinə alındığı bildirilib.
