“Sivasspor” – “Qarabağ” oyununa azarkeşlər buraxıla bilər
15.10.2020 , 17:09

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin “Sivasspor” klubu turnirdə keçirəcəyi ev oyunlarında azarkeşlərin tribunalara buraxılmasını istəyir.
Korner.az xəbər verir ki, sivaslılar ölkəni Çempionlar Liqasında təmsil edəcək “Başakşəhər”lə birlikdə Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib. Bu barədə İstanbul klubunun prezidenti Göksel Gümüşdağ məlumat verib. O, yerli mətbuata bildirib ki, UEFA tribunaların 30 faizinin doldurulmasına icazə verir və yerli fedarasiya da buna imkan yaratmalıdı.
“Qarabağ” “Sivasspor”la səfər oyununu III turda, noyabrın 5-də keçirəcək.
