“Siti” çempionluqdan uzaqlaşır: Komandanın problemi nədir?
30.01.2019 , 11:57

Rafael Benitesin “Nyukasl”ı Pep Qvardiolaya qarşı oyunlarda həmişə çətinlik çəkib. İki ispan mütəxəssisin Premyer Liqa çərçivəsində ilk qarşılaşmasından öncə ESPN mütəxəxəssisi Maykl Foks: “Digər komandaların da “Nyukasl” kimi “Siti”yə qarşı oyunda ultramüdafiə sisteminə keçməsi düzgün olmazdımı?”
Koks fikirlərini belə izah edir: “Benites rəqib komandaların taktikasına digər məşqçilərdən daha çox diqqət ayırır və hər detalı incələyir. O saatlarla rəqibin sistemini analiz etməyi ilə məşhurdu. Onun “Mançester Siti”yə qarşı oyun tərzi çox sadədi: “Benites komandasının “şəhərlilər”lə oyunda açıq futbola tab gətirməyəcəyini bilir, bunun üçün də nəyinki əks-hücumlara güvənmək, ümumiyyətlə hücumlardan imtina edir”.
Pepə qarşı Benites tərzi
Bu sistem digər mütəxəssislərin yanaşmasından xeyli fərqlənir, ancaq “Siti” ilk qolu vursa da, Benitez heç nə dəyişmir və oyuna davam edir. Benitezli “Nyukasl”ın “Siti”yə qarşı 4 oyunun hamısında ilk hissədə şəhərlilər fərqlənib. İki oyunda isə ilk 10 dəqiqədə qapısında qol görən “Nyukasl”ın ən pis nəticəsi 1:3 hesablı məğlubiyyət olub ki, onda belə 83-cü dəqiqəyə kimi hesab arasındaki fərq minimal idi.
Benitesin komadası matçın son 15 dəqiqəsinə qədər sürüşkən hesabı saxlamaq üçün oyun boyu intizamlı və qapalı futbola üstünlük verir. Sonra baş verəcəklər haqda Qvardiola oyundan qabaq özü danışır: “Nyukasl” həmişə son 10-15 dəqiqə nələrsə dəyişir və hücum edir. Onlar həmişə qapımız qarşısında imkan yaradırdılar. Necə olduğunu bilmirəm, amma bunu bacarırlar”.
Qvardiolaya qarşı xüsusi hazırlıq
İkinci məqam isə, “Nyukasl”lın 5-4-1 taktiki sxemindən istifadə etməsidir. Ötən mövsümün sonunda Qvardiola bu sxemə qarşı çətin mübarizə apardığını etiraf etmişdi: “Rəqiblər artıq bizi daha yaxşı tanıyır, əksər komandalar bizə qarşı 5 müdafiəçi ilə mübarizə aparır, belə olduqda isə hücumlar yaratmaq daha çətin olur”. Pep üçün 5 müdafiəçiyə qarşı oynamaq həqiqətən də çətindir, ola bilsin onun futbolunu neytrallaşdırmağın yolu elə budur. Qvardiola “Bavariya”da çalışdığı zaman rəqiblər tez-tez 5-li müdafiədən istifadə edirdilər. Bu hadisə “Maynz”ın Qvardiola üzərində parlaq qələbəsindən sonra oldu. Bundesliqanın 8-11 oyununda komandalar “Bavariya”ya qarşı bu sxemdən istifadə edirdi.
Öz standartından uzaq olan “şəhərlilər”
“Siti”nin hazırda öz standartlarından uzaq olmasının iki potensial səbəbi var: zədələr və çempionluq yarışında olan təzyiq. Pepə istədiyini etməyə mane olan səbəbələrdən biri də Mendinin zədəli olmasıdır. İspan mütəxəssis yayda superhücum: 3-3-4 taktiki sxemini yoxlamışdı ki, ilk oyununda “Hadersfild”i 6:1 hesabı ilə darmadağın etmişdi. Ancaq bu sxemin effektli olması üçün cinahların daha geniş oynaması tələb olunur. Qvardiolanın arsenalında isə yalnız bir belə unirversal oyunçu var ki, o da haqqında danışdığımız Mendidir. Onsuz Pep maraqlı sxeminə qayıtmaq istəmir. Doğrudur, ötən mövsüm 4-3-3 sxemilə oynayan Qvardiola çempion ola bilmişdi, ancaq artıq dəyişikliyi lazım olduğunu mütəxəssisin özü də hiss edir
“Nyukasl” ilə matçda ilk qolu vuran “Siti” oyunun 60-cı dəqiqəsindən sonra elə də pis mübarizə aparmadı. “Şəhərlilər” qapısına gələn 5 topun cəmi ikisinin dəqiq olmasının qarşısını ala bilməmişdi. Tək problem isə, bu iki dəqiq zərbənin də qol olmasıdır.
