Türkiyənin “Əskişəhərspor” klubu yeni transferə imza atıb.
Korner.az-ın məlumatına görə, Almaniyanın “Volfsburq” klubunun hücumçusu İbrahim Sissoko karyerasını Türkiyədə davam etdirəcək. Afrikalı futbolçu növbəti mövsümdən Əskişəhər təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, o, yeni klubunda icarə əsasında oynayacaq.