“Bundan da çətin qrupa düşə bilərdik”. Korner.az-ın məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət milli komandamızın baş məşqçisi Sissi Rayt dünya çempionatının püşkatmasını dəyərləndirərkən deyib. Alman məşqçi qrupdakı rəqiblərdən Kanadanı daha çox güclü hesab edir: “Kanadanı güclü hesab edirəm. Digər iki rəqibimiz də zəif komandalar deyil. Kolumbiya ilə oyunun nəticəsindən çox şey asılı olacaq”.
