17 yaşadək qızlardan ibarət milli komandamızın baş məşqçisi Sisi Rayt Kanadayla oyunöncəsi fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, baş məşqçi bildirib ki, Azərbaycanda insanların Dünya çempionatını böyük idman bayramı kimi qəbul etməsi fərəhli haldı:
"Nigeriya ilə matçda qızlarımız maksimum səy göstərdilər, ümid edirəm ki, sabah Kanada ilə oyunda da belə olacaq".
