Rusiya millisinin üzvü Roman Şirokov Azərbaycan yığmasının "rusları udacağıq" deyən futbolçularına cavab verib.
Korner.az-ın sports.ru-ya istinadən məlumatına görə, Şirokovun cavabı kinayəli olub.
"Onlar keçən oyundan da əvvəl deyirdilər ki, udacaqlar. Kimin kimi udduğunu gördük", – deyə o bildirib. Jurnalistin Rusiyayla oyun üçün AFFA-nın Azərbaycan millisinin futbolçularına yüksək məbləğdə mükafat vəd etdiyini xatırlatmasına Şirokovun cavabı belə olub: "Biz ölkəmiz üçün oynayırıq, mükafat üçün yox. Siz düşünürsüz ki, mükafat vəd edən kimi mkomanda yaxşı oynamağa başlayır?"
