Hazırda davam edən “Borussiya” – “Qəbələ” matçını 57 min tamaşaçı izləyir.
Korner.az-ın Dortmunda ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyunu izləyənlər arasında azərbaycanlı azarkeşlər də var. Belə ki, “Siqnal İduna Park”da 50-ə yaxın azarkeş “Qəbələ”yə dəstək verir.
