Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray”ın futbolçusu Sinan Gümüşün yeni klubunun adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, bu haqda “O Jogo” xəbər yayıb.
Bildirilir ki, Portuqaliya Premyer Liqasının çempionu “Benfika” oyunçunun transferində sona yaxınlaşıb.
Yarımmüdafiəçi “Benfika”da oynamağa müsbət baxır.
Xatırladaq ki, bir neçə gün əvvəl Gümüşün mövsümün sonunda “Cim Bom”dan ayrılacağı açıqlanmışdı.
