Simyone: “Mütləq qələbə lazımdır”
06.04.2019 , 13:33

“Ateltiko” Madrid klubunun baş məşqçisi Dyeqo Simyone “Barselona” ilə oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.
“Kamp Nou” səfərində qazanılacaq qələbənin çempionluq yolunda önəmli bir addım olacağını deyən argentinalı çalışdırıcı çətin olacağını da sözlərinə əlavə edib.
“Kamp Nou”da heç vaxt qalib gəlməmişik. Amma mən pozitiv fikirləşirəm. Buradan qələbə ilə ayrılmaq lazımdır. Əgər qalib gəlsək, çempionluq şansımız qalacaq.”
Qeyd edək ki, İspaniya çempionatını 31-ci turu çərçivəsində bu gecə “Barselona” doğma meydanda “Atletiko”nu qəbul edəcək.
