“Atletiko”nun baş məşqçisi Dieqo Simyone cari mövsüm planları haqda danışıb.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis çempionluq şanslarını dəyərləndirib.
O bildirib ki, hələ də, birinci pillədə olmaq şansları var:
“Biz La Liqada “Barselona” və “Real” kimi komandalarla mübarizə aparırıq. Məqsədimiz ilk üçlük uğrunda mübarizə aparmaq olsa da, hələ də birinci sırada yer almaq üçün şanslarımız qalır. Bunu bir dəfə bacarmışıq. Biz bilirik ki, birinci yerdə ola biləcəyimiz kimi, sonuncu pilləyə də düşə bilərik. Diqqətli oynamaq lazımdı”
