Simyone: “Bu klubdan kimlər getmədi ki?”
18.05.2019 , 13:16

Madridin “Atletiko” klubunun baş məşqçisi Dyeqo Simyone Antuan Qrizmanın klubdan ayrılması ilə bağlı danışıb.
Heç bir futbolçunun klubdan böyük olmadığı deyən argentinalı çalışdırıcı daim yeni futbolçuların axtarışında olduqlarını diqqətə çatdırıb.
“Mənə görə heç bir futbolçu klubla müqayisə olunacaq qədər böyük deyildir. Bu klubdan Fernando Torres, Serxio Aqüero, Dyeqo Forlan kimi futbolçular gedib. Ancaq kimlər ayrılsa da, biz yolumuza və mübarizə aparmağa davam edəcəyik.”
Qeyd edək ki, bir neçə gün əvvəl Antuan Qrizman rəsmi şəkildə klubdan ayrıldığını mətbuata açıqlamışdı.
