“Evə qayıdıb, yaralarımı sarmağa çalışacam. Uğur qazanmaq üçün hər şey edirsən, finala yüksəlirsən və sonda hər iki finalda uduzursan. İki il öncə əlavə vaxtda 1:4, bu dəfə isə penaltilər seriyasında məğlub olduq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının finalında “Real”a uduzduqları oyundan sonra deyib.
Argentinalı mütəxəssis “Atletiko”dan getmək barədə düşündüyünü də etiraf edib: “Üç ildə iki finala yüksəlmək “Atletiko” üçün yaxşı nəticədir. Ancaq bu məni xoşbəxt etmir. Heç bilmirəm hansı məğlubiyyət daha ağırdır. Reallıq budur ki, çempion ola bilmədik. “Atletiko”dan getmək barədə düşünürəm”.
