Bu gün Türkiyədə ilk yoxlama matçına çıxan “Simurq” yerli “Kocaelispor” klubu ilə qarşılaşıb.
Korner.az-ın məlumatına görə, “Green Park Otel”in meydançasında oynanılan oyunda Zaqatala klubu rəqibini 4:2 hesabıyla məğlubiyyətə uğradıb. “Simurq”un qollarına 29-cu dəqiqədə Sanito, 36-cı dəqiqədə Rüstəm Məmmədov, 42-ci dəqiqədə Rəşad Eyyubov və 51-di dəqiqədə Aleksanr Şemonayev imza atıblar.
Qeyd edək ki, “Simurq” növbəti hazırlıq matçını iyulun 2-də Rusiya təmsilçisi “Spartak”a (Nalçik) qarşı keçirəcək.
