“Simurq”un keçmiş baş məşqçisi Sergey Yuran “Terek”i çalışdırmaq istədiyii bildirib.
Korner.az-ın məlumatına görə, çeçenistan klubu Yuri Krasnojanla yollarını ayırıb.
Yuran Rusiya mətbuatına verdiyi açıqlamada bu sözləri deyib: “Çeçenistan komandası ilə uğur qazanmaq olar. Mən buna hazıram. Müqaviləm alınsa, futbolçular nəinki pullarını alacaq, həm də əlavə qazanc əldə edəcək. Həmçinin “Terek”də braziliyalılar var, mən portuqal dilini bilirəm. Ona görə də onlarla tərcüməçisiz danışacam. İndiyə qədər çox yerdə işləmişəm. Kifayət qədər təcrübəm var”.
