big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Simurq”un prezidenti: “Hər kəs öz taleyini özü seçir” – (MÜSAHİBƏ)

23.06.2013 , 19:14

Simurq”un prezidenti Anar Bəkirov klubun rəsmi saytına müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

– “Simurq”la bağlı gündəmdə olan əsas məsələlərdən biri 20 futbolçu ilə yolların ayrılması oldu. Sizcə, bu heyəti qorumaq olmazdımı?

– Qeyd edim ki, bu mövsüm biz o qədər də çox olmayan büdcə ilə yaxşı bir kollektiv yarada bilmişdik. Bunun da nəticəsini hər kəs gördü. Əlbəttə, istəyərdik ki, heyəti qoruyaq. Ancaq bu, tam bizdən asılı olan məsələ deyildi. Futbolçular çempionatda özlərini yaxşı tərəfdən göstərdilər. Nəticədə onlara daha iddialı və maddi imkanı yüksək olan klublardan təkliflər gəldi. Onlar da təbii ki, peşəkar futbolçulardır. Karyeralarını daha güclü, daim çempionluq uğrunda mübarizə aparan klublarda davam etdirmək istədilər. Bir neçəsi bunu dəyərləndirib bizimlə yollarını ayırdı, bir neçəsi də bizim klubda icarə əsasında oynadıqlarından məxsus olduqları komandalara qayıtdı. Biz onların  istəklərinin qarşısını ala bilməzdik. O cümlədən, məşqçilər korpusunun istəyinə uyğun bəzi futbolçularla müqavilələri yeniləmədik. “Simurq”un hazırda bir məqsədi var. Çox maddi vəsait xərcləmədən, konkret büdcə ilə nəticə əldə etmək. Bu strategiya ilə də yolumuza davam edəcəyik. Çünki çox pul xərcləyib gətirdiyin oyuncu Azərbaycanda uyğunlaşınca, öz oyununu göstərincə artıq gec olur. Ancaq uyğun futbolçunu transfer etməklə döyüşkən komanda formalaşdırmaq mümkündür. Bu, bizim işə başladığımız ikinci ildə ilk nəticəmiz idi. Çalışacağıq ki, bundan sonra davamlı olsun. Azərbaycan futboluna yeni simalar verək, çempionatda yüksək yerlər tutub ölkəmizi, Zaqatalanı Avropada təmsil edək. Heç kəsin tanımadığı Murad Səttarlı, Nicat Qurbanov, Rəşad Eyyubov kimi futbolçular ortaya çıxardaq, Rasim Ramaldanov, İlkin Qırtımov kimi milli komandanın əsas heyətinə futbolçular yetişdirək. Bir vaxtlar “Simurq”dan yığmaya heç bir futbolçu dəvət edilmirdi. Ancaq bu mövsüm demək olar ki, həm U-19-a, həm U-21-ə, həm də əsas milliyə komandamızın üzvləri ardıcıl çağrılırdı.
 
– Hazırda heyətin formalaşdırılmasında hansı çətinliklərlə üzləşirsiz?

– Deyərdim ki, problemlər eynidir. “Simurq” bölgə klubu olduğundan bura futbolçu gətirmək çox çətin məsələdir. Həm yerli, həm də legioner oyunçular istəyirlər ki, Bakıda yaşasınlar. Çünkü Zaqataladan fərqli olaraq, paytaxda boş vaxtlarını səmərəli keçirmək üçün daha çox imkan var. Onları “Simurq”da oynamaq, Zaqatalada yaşamaq üçün uzun söhbətlər aparırıq. Çalışırıq ki, futbolçuları razı sala bilək. Bu da bizim işimizi daha da çətinləşdirir.
 
– Mətbuatda “Simurq”la bağlı yazılan mövzulardan biridə Aleksandr Şemonayevin komandadan ayrılması məsələsidir. Bu barədə nə deyə bilərsiz?

– Mövsümün bitməsinə yaxın, mənim göstərişim əsasında klubun meneceri hər bir futbolçu ilə əlaqə saxlayıb, onların şərtlərini öyrənib və daha sonra onların istəklərini mənə çatdırıb. O cümlədən, Şemonayevlə də söhbəti olub. Hər bir futbolçu normal olaraq istəyir ki, daha da irəliyə getsin, daha çox qazansın. Hər kəs öz taleyini özü seçir. O da öz şərtlərini irəli sürdü. Biz də qərara gəldik ki, o qədər məbləği ödəyə bilmərik və yollarımızı ayırdıq. Əlbəttə, istərdik ki, o da bir zaqatalalı kimi karyerasını doğma rayonunun komandasında davam etdirsin. Şemonayev çox yaxşı futbolçudur, professionaldır. Məncə, özünə yaxşı, ambisiyalı komanda seçdi. Ona gələcək karyerasında uğurlar arzulayıram.
 
– İlkin Qırtımovla Rəşad Eyyubovun da “Simurq”dan ayrılacağı deyilirdi. Bu məsələ haqqında nə deyərdiz?
                   
– Hər iki futbolçu təkliflərinin olduğunu bildirərək, “Simurq”dan ayrılmaq istəyirdi. Bu da normal idi. Çünki həm Rəşad, həm də İlkin göstərdikləri oyun sayəsində digər klubların maraq dairəsinə düşmüşdülər. Çox təəssüf ki, bəzi qüvvələrin sayəsində komandadan futbolçu axını başlamışdı. Ancaq biz bunun qarşısını ala bildik. Həm Rəşadla, həm də atasıyla şəxsən görüşdüm. Valideyni də çox şad oldu ki, oğlu belə bir seçim etdi və “Simurq”da karyerasını davam etdirmək haqqında qərar verdi. Ona yeni bir təklif etdik. Yaxın vaxtlarda Rəşadla yeni müqavilə imzalayacayıq. İlkin isə təəssüflər olsun ki, bizdən getmək haqqında düşünürdü. Hazırda onunla danışıqlarımız davam edir. İlkinin bizimlə gələn mövsümün sonuna qədər müqaviləsi var. Futbolun hazırda bir xəttidə biznesdir. Heç kəs yaxşı futbolçunu kimsəyə pulsuz verməz. Bir məqam da var ki, İlkinlə bağlı heç bir komanda bizə rəsmi müraciət etməyib. Sözün düzü ona görə verilən pul da lazım deyil. Bizim üçün ən əsası odur ki, zaqatalalı gənc öz doğma rayonunun komandasının uğurları üçün mübarizə aparsın. İnanıram ki, İlkin düzgün seçim edib, bizimlə müqaviləsini yeniləcək və karyerasını “Simurq”da davam etdirib, yeni nəaliyyətlər qazanacaq. O, artıq komandanın təlim-məşq toplanışlarına qatılıb. Demək olar danışıqlarımızdan sonra razılıqda verib ki, müqaviləsinin müddətini artıracaq və “Simurq”un uğurları üçün çalışacaq.
  
– Növbəti mövsüm haqqında nə düşünürsüz?

– Artıq biz indidən görürük ki, komandalar nə cür transferlər edirlər. Həmçinin hansı səviyyəli, dünyada tanınmış, nəticə qazanmış məşqçilər dəvət edilir. Bütün bunlar ondan xəbər verir ki, gələn mövsüm heç də asan olmayacaq. Ancaq biz də öz mövqeyimizi tutmuşuq və bu yolla davam edəcəyik. Hazırda seleksiya işlərimizi davam etdiririk. Hələlik yerli futbolçular arasında seçimimizi etmişik. Ölkə xaricindəki təlim-məşq toplanışlarına baxış üçün legioner oyunçular qoşulacaq. Onlar arasında məşqçilər korpusunun inamını qazananlarla da müqavilə imzalayacayıq. Növbəti mövsümdə iddialı heyət qurub, yüksək nəticələr uğrunda mübarizə aparacağıq. Çalışacayıq ki, Zaqatalanı ən yüksək şəkildə təmsil edək. Qazandığımız nəaliyyətlərlə kifayətlənməyəcəyik. Daha yaxşı uğurlar üçün yarışacağıq. Həmçinin istəmirik ki, transferlərə çoxlu pul xərcləyək. Ondansa bu pulları uşaq futboluna, yeni istedadların tapılmasına, üzə çıxarılmasına sərf edəcəyik. İnanıram ki, növbəti mövsümdə bundan daha yaxşı göstəricilər əldə edəcəyik. Çətin olacaq. Ancaq heç nə asanlıqla əldə edilmir.
 
– Komandanın qarşıdakı hazırlıqları barəsində nə deyə bilərsiniz?

– Artıq təlim-məşq toplanışlarının birinci mərhələsinə start verilib. Bakı hazırlığında əsasən yerli futbolçular iştirak edir. Məşqləri yaxından izləyirəm. İyunun 23-də komandanı Türkiyəyə yola salacağıq. Burada düşərgəyə baxış üçün dəvət edilmiş futbolçularda qoşulacaq. Yoldaşlıq görüşlərində məşqçilər korpusu onları izləyəcəklər. Bəyəndikləri futbolçularla danışıqları aparıb, heyətə cəlbə edəcəyik. Növbəti təlim-məşq toplanışı Avstriyada keçiriləcək. Burada da baxış üçün yeni futbolçular dəvət ediləcək. Orada da dörd yoldaşlıq görüşü nəzərdə tutulub. Onlardan sonra seçimimiz edib, yeni futbolçularla heyətimizi gücləndirib, çempionata hazır olacayıq. 

Son yazılar

To Top