“Simurq”un Avstriyada yoxlama görüşü keçirəcəyi ilk komandanın adı müəyyən olub.
Korner.az-ın məlumatına görə, Zaqatala təmsilçisi Rusiyanın “Amkar” klubu ilə üz-üzə gələcəklər. Oyunun keçiriləcəyi tarix isə dəqiq məlum deyil.
Qeyd edək ki, “sarı-qaralar” bundan öncə Sloveniyada təlim-məşq toplanışı keçirib. “Simurq” ilk öncə bu ölkənin “Almuniy” klubuna qalib gəlib (1:0). Daha sonra isə Makedoniya “Vardar” ilə (2:2) və Xorvatiya “Lokomovtiv”i ilə (3:3) sülh bağlayıb.
