Son turda “Rəvan”ı məğlub edən “Simurq”un futbolçuları istirahətə buraxılıb.
Korner.az-ın məlumatına görə, komandanın legionerləri artıq vətənlərinə yollanıblar.
“Simurq”un istirahəti yanvarın 10-da başa çatacaq. Bundan sonra komanda Türkiyəyə yola düşəcək və fevralın 1-ədək toplanış keçəcək. Bu müddətdə bir neçə yoxlama oyunu keçiriləcək. Rəqiblərin kimliyi hələ məlum deyil.
