Zaqatalanın “Simurq” klubu mövsümün qalan dövrü üçün hazırlıq planlarını tam müəyyənləşdirib.
Korner.az-ın məlumatına görə, əyalət klubu yanvarın 10-da Türkiyə toplanışına start verəcək.
Hazırlıqlara ayın 31-də yekun vurulacaq. Bu müddət ərzində Georgi Çixradze yetirmələrini qardaş ölkədə bir neçə sınaq matçında da yoxlayacaq.
Hələlik isə rəqiblərdən yalnız birinin adı bəllidi. Belə ki, “Simurq” yanvarın 31-də Rumıniyanın “Petrolul” klubu ilə üz-üzə gələcək.
