AFFA İntizam Komitəsi Premyer Liqanın XI turunun “Turan” – “Simurq” matçında baş verən hadisələrə hüquqi qiymət verib.
Korner.az-ın məlumatına görə, qrum 11 vərəqəyə görə, hər iki kluba min manat cərimə kəsib.
Oyunun 63-cü dəqiqəsində “Simurq”un futbolçusu Rasim Ramaldanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu bir oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.
Matçın 80-ci dəqiqəsində “Simurq”un futbolçusu Qərib İbrahimov hakimi təhqir etdiyinə və qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu dörd oyunluq cəzalanıb, klub dörd min manat cərimələnib.
Oyunun 87-ci dəqiqəsində “Simurq”un başqa bir futbolçusu İlkin Qırtımov aqressiv hərəkətə və qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu dörd oyunluq cəzalanıb, klub dörd min manat cərimə olunub.
