Azərbaycan Premyer Liqasının şərikli liderlərindən olan “Simurq”un qış hazırlıq planları müəyyənləşib.
Korner.az-ın məlumatına görə, hazırda istirahətdə olan Zaqatala klubu yanvar ayının ilk on günlüyünün sonlarında bir araya gələcək.
Bölgə təmsilçisi ayın 10-da Türkiyəyə yollanacaq. Komanda fevralın 2-dək qardaş ölkədə hazırlıq keçəcək. Baş məşqçi Georgi Çixradze bu müddət ərzində yetirmələrini 3-4 sınaq matçında yoxlayacaq.
Sınaqçı rəqiblərin kimliyi isə hələlik bəlli deyil. Bu, təşkilatçıların təkliflərindən sonra bəlli olacaq.
