"Simurq"un üzvü Anatoli Doroş Moldova milli komandasına dəvət alıb.
Korner.az-ın məlumatına görə, mayın 15-dən 28-dək davam edəcək təlim məşq toplanışına çağırılan hücumçu yığmasının ayın 23-də Venesuela və 26-da Salvadorla keçirəcəyi yoldaşlıq görüşlərində iştirak edə bilər.
Qeyd edək ki, Anatoli 2007-ci ildə debüt etdiyi millidə 19 qarşılaşmada 2 qol vurub.
