Antalyada təlim-məşq toplantısında olan “Simurq” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, Zaqatala təmsilçisinin rəqibi Rumıniyanın “Petrolul” klubu olacaq.
Xatırladaq ki, "Simurq" bundan öncə Qazaxıstan “Akjayik”si (0:1), Bolqarıstan MOİK-i (3:3), Rusiya “Tom”u (1:1), Xorvatiya "Slaven Belupo"su (0:3) ilə qarşılaşıb.
